Şəhid polkovnikin xatirəsinə güləş yarışı təşkil olunacaq

18 Noyabr 2026 14:00
55
Şəhid polkovnikin xatirəsinə güləş yarışı təşkil olunacaq

Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş üzrə Açıq Sumqayıt turniri keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

U-17 yaş qrupunun idmançıları yunan-Roma və sərbəst güləş üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Yarış 21-22 noyabrda Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq.

İdman.Biz