Azərbaycan güləşçisi dopinqə görə 3 il diskvalifikasiya edildi

24 Noyabr 2026 16:23
43
Azərbaycan güləşçisi dopinqə görə 3 il diskvalifikasiya edildi

Azərbaycanın sərbəst güləşçisi Sadiq Mustafazadə antidopinq qaydalarını pozduğuna görə 36 ay müddətinə idmandan kənarlaşdırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

Bildirilib ki, buna antidopinq qaydalarının pozulması səbəb olub.

İdmançının nümunəsində qadağan edilmiş “19-norandrosterone” preparatı aşkarlanıb.

Sanksiyanın müddəti 2026-cı il aprelin 30-da başlayıb və 2029-cu il aprelin 29-da başa çatacaq.

İdman.Biz