“Gəncə” ABŞ-li basketbolçu ilə müqavilə imzalayıb

19 Avqust 2026 15:23
120
“Gəncə” ABŞ-li basketbolçu ilə müqavilə imzalayıb

FIBA Avropa Kubokunda mübarizə aparacaq “Gəncə” basketbol klubu daha bir transferi tamamlamaq üzrədir.

İdman.Biz offsideplus.az-a istinadən xəbər verir ki, Qərb təmsilçisi Nik Ellinqtonla razılığa gəlib.

Basketbol karyerasına ABŞ-nin “Meridian CC”, “Eastern Illinois” və “Murray State” kollec komandalarında başlayan 201 sm boya malik amerikalı forvard/mərkəz oyunçusu Ellinqton hücumdakı dəqiqliyi və müdafiədəki blok imkanları ilə seçilir:

NCAA-də “Murray State Racers” forması ilə məhsuldar çıxış edən Ellinqton, “UIC”yə qarşı matçda 29 xal toplayaraq karyera rekordunu vurub. O, kollec karyerası ərzində 1000 xal həddini aşmağı bacarıb.

O, NJCAA-də oynadığı dövrdə matçbaşına 3.4 blok ortalaması ilə çıxış edib.

“Gəncə” onunla 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

İdman.Biz