Bu gün, avqustun 16-da "Arsenal" və "Mançester Siti" İngiltərə Superkuboku (Community Shield) uğrunda qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, görüş Kardiffdəki "Principality" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
"Arsenal" matça İngiltərə çempionu, "Mançester Siti" isə ölkə kubokunun qalibi kimi çıxacaq.
Komandalar sonuncu dəfə 2023-cü ildə Superkubokda üz-üzə gəliblər. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə "Arsenal" 4:1 hesabı ilə qalib gəlib.
"Arsenal" İngiltərə Superkubokunu 17, "Mançester Siti" isə 7 dəfə qazanıb. Turnirin rekordçusu 21 titulla "Mançester Yunayted"dir.
