Braziliya millisi yoldaşlıq oyununda Sinqapur yığmasını böyük hesabla məğlub edib.
İdman.Biz xəbər verir ki, Sinqapurun Milli Stadionunda keçirilən qarşılaşma qonaqların 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Braziliya millisinin hücumçusu Vinisius Junior görüşün 9, 15 və 21-ci dəqiqələrində fərqlənərək het-trik edib. Bununla da “Real Madrid”in futbolçusu Braziliya millisinin heyətində ilk dəfə bir oyunda üç qol vurub.
Endrik də matçın 31-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Braziliya fasiləyə 4:0 hesablı üstünlüklə yollanıb.
İkinci hissədə də üstünlüyünü davam etdirən Braziliya yığması yekunda 7:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, bu, komandalar arasında ilk qarşılaşma olub. Braziliya millisi bundan əvvəl noyabrın 14-də Yaponiyaya 2:3 hesabı ilə uduzmuşdu.
