İsmayıl Abdullayev “LANDAU Lions”da qalacaq

19 Avqust 2026 21:15
113
İsmayıl Abdullayev “LANDAU Lions”da qalacaq

“LANDAU Lions” basketbol klubu İsmayıl Abdullayevlə müqavilənin müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, 18 yaşlı basketbolçu növbəti mövsümdə də komandanın heyətində çıxış edəcək.

190 sm boya malik Abdullayev 2 nömrə mövqeyində – atıcı müdafiəçi kimi oynayır. O, ötən mövsüm “LANDAU Lions”un heyətində gümüş medal qazanıb.

Gənc basketbolçu eyni zamanda Azərbaycan U-18 və U-20 milli komandalarının heyətində Avropa çempionatının B divizionunda çıxış edib.

Abdullayev üçün qarşıdakı mövsüm “LANDAU Lions”un heyətində ardıcıl üçüncü olacaq.

İdman.Biz