UEFA Konfrans Liqası: “Qarabağ” Niderlandda “Tvente”ni məğlub etdi - YENİLƏNİB + VİDEO

20 Avqust 2026 23:56
1 544
UEFA Konfrans Liqası: “Qarabağ” Niderlandda “Tvente”ni məğlub etdi - YENİLƏNİB + VİDEO

“Qarabağ” futbol komandası UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandda “Tvente” ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Ensxededəki “De Grolsch Veste” stadionunda keçirilən görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.

Qurban Qurbanovun komandası bu nəticə ilə cavab matçı öncəsi üstünlük əldə edib. “Qarabağ” Niderland səfərindən minimal hesablı qələbə ilə dönərək liqa mərhələsinə vəsiqə şansını artırıb.

Qeyd edək ki, cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək. Oyun 20:00-da başlayacaq. Cütün qalibi UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq.

23:11

"Qarabağ"ın heyətindən Kadi Borges 52-ci dəqiqəsində hesabı açır - 0:1.

23:04

“Tvente” - “Qarabağ” matçında ikinci hissə başladı.

İdman.Biz xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən qarşılaşmada ilk 45 dəqiqədən sonra hesab açılmayıb.

22:49

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Tvente” - “Qarabağ” matçında ilk hissə başa çatdı.

İdman.Biz xəbər verir ki, oyunda hesab açılmayıb.

21:54

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Tvente” - “Qarabağ” matçı başladı.

20:59

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Tvente” - “Qarabağ” matçının start heyətləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanov Niderlandda baş tutacaq qarşılaşmada hücumun önündə Musa Qurbanlıya şans verib. Ağdam klubunun kapitanı Bədavi Hüseynov olacaq.

“Tvente”: Lars Unnerstall, Bart van Roy, Mats Nijstad, Robin Pröpper (k), Aske Adelqard, Ramiz Zerrouki, Dauda Veydmann, Marko Pyatsa, Daan Rots, Vout Veqhorst, Sondre Orjaseter.

Baş məşqçi: Con van den Brom

“Qarabağ”: Martin Zlomisliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonji, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Oleksiy Kaşçuk, Cali Muaddib, Musa Qurbanlı.

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, qarşılaşma Ensxededəki “De Grolsch Veste” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu, komandalar arasında pley-off mərhələsinin ilk görüşüdür. Cavab matçı avqustun 27-də Bakıda keçiriləcək.

09:13

“Qarabağ” futbol komandası bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun komandası Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq. Görüş Enşededəki “De Qrolş Veste” stadionunda baş tutacaq.

Matç Bakı vaxtı ilə isə 22:00-da başlayacaq və CBC Sport tərəfindən canlı yayımlanacaq. Qarşılaşmanın baş hakimi albaniyalı Juxin Xhaja olacaq.

Cavab qarşılaşması avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İdman.Biz