“Neftçi” Misli Premyer Liqasının doqquzuncu turunda “Turan Tovuz”la keçirəcəyi matçın hazırlığını başa vurub.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
Qeyd edək ki, “Neftçi” - “Turan Tovuz” qarşılaşması oktyabrın 24-də “Palms Sports Arena”da keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.
