“Kəpəz”in 200 azarkeşi Gəncədən Sumqayıta yollanacaq

23 Oktyabr 2026 22:42
110
“Kəpəz”in 200 azarkeşi Gəncədən Sumqayıta yollanacaq

“Kəpəz” Misli Premyer Liqasının doqquzuncu turunda “Şəfa” ilə keçirəcəyi səfər oyununda azarkeş dəstəyindən məhrum olmayacaq.

İdman.Biz xəbər verir ki, sabah Sumqayıtda baş tutacaq qarşılaşmada Gəncə təmsilçisini 200 azarkeş dəstəkləyəcək.

“Sarı-göylər”in dörd fan-klubu - “Xəmsə”, “Kapaz Ultras”, “Zona-20” və “Cavad xan”ın üzvləri xüsusi ayrılmış avtobuslarla Sumqayıta yollanacaqlar.

Bundan başqa, Bakı və Sumqayıtda yaşayan gəncəli azarkeşlərin də “SOCAR Polymer Arena”da keçiriləcək görüşü tribunadan izləyəcəkləri gözlənilir.

İdman.Biz