Azərbaycan qadın voleybol millisi Bakıda keçirilən Avropa çempionatının C qrupunda ikinci oyununu qələbə ilə başa vurub.
İdman.Biz xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Milli Gimnastika Arenasında İspaniya seçməsi ilə qarşılaşıb və rəqibini 3:0 hesabı ilə məğlub edib.
Azərbaycan millisi ilk setdə 25:16 hesabı ilə üstün olub. İkinci hissədə rəqib daha ciddi müqavimət göstərsə də, yığmamız 25:22 hesabı ilə qalib gəlib. Üçüncü setdə də üstün oyun nümayiş etdirən komandamız 25:14 hesablı nəticə ilə görüşə nöqtə qoyub.
Beləliklə, Azərbaycan Avropa çempionatında ardıcıl ikinci qələbəsini qazanıb. Millimiz ilk qarşılaşmada Portuqaliyanı 3:1 hesabı ilə məğlub etmişdi.
İki oyundan sonra altı xal toplayan Azərbaycan millisi C qrupunda lider mövqeyə yüksəlib.
Yığmamız növbəti görüşünü avqustun 24-də Rumıniya millisinə qarşı keçirəcək. C qrupunun oyunları avqustun 28-dək Bakıda, Milli Gimnastika Arenasında təşkil olunacaq.
20:05
Azərbaycan qadın voleybol millisi Bakıda keçirilən Avropa çempionatının C qrupunda ikinci oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında İspaniya ilə qarşılaşan komandamız ilk iki seti qələbə ilə başa vurub - 25:16, 25:22.
Hazırda görüşün üçüncü seti davam edir. Azərbaycan millisi turnirdə ilk oyununda Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib.
Yığmamızın heyətində Ayşan Abduləzimova, Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, Mariya Kirilyuk, Aynur İmanova, Kristina Besman, Raziyə Əliyeva, Yuliya Kərimova, Bəyaz Gülieva və Ceyran İmanova yer alıblar.
Azərbaycan millisini qrup mərhələsində daha sonra Rumıniya, Belçika və Niderlandla oyunlar gözləyir. CEV-in rəsmi təqviminə əsasən, Rumıniya ilə görüş avqustun 24-də, Belçika ilə qarşılaşma avqustun 26-da, Niderlandla matç isə avqustun 28-də keçiriləcək.
18:02
Bakıda təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının üçüncü gününün ilk qarşılaşmasında Portuqaliya və Belçika milliləri üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüş Belçika komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Belçika ilk setdə 2Belçika yığması turnirdə bundan əvvəl İspaniya ilə qarşılaşıb. Avqustun 22-də keçirilən görüşdə belçikalılar beş setlik mübarizədən 3:2 hesablı qələbə ilə ayrılıblar.5:16, ikinci hissədə 25:22, üçüncü setdə isə 25:11 hesabı ilə üstün olub.
08:55
Qadın voleybolçular arasında Avropa çempionatının Bakıdakı C qrupunda növbəti oyunlar keçiriləcək.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisi qrup mərhələsində ikinci görüşünü İspaniyaya qarşı keçirəcək.
Qarşılaşma bu gün saat 18:30-da Milli Gimnastika Arenasında başlayacaq.
Yığmamız Avropa çempionatına qələbə ilə start verib. Azərbaycan ilk turda Portuqaliyanı 3:1 (25:22, 23:25, 27:25, 25:20) hesabı ilə məğlub edib.
Günün digər oyununda Portuqaliya və Belçika milliləri üz-üzə gələcəklər. Qarşılaşma saat 15:30-da start götürəcək.
23 avqust
15:30. Portuqaliya – Belçika
18:30. İspaniya – Azərbaycan
Qeyd edək ki, C qrupunun Bakıdakı oyunları avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında keçirilir.
Foto: İslam Atakişiyev
