Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda keçiriləcək

11 İyul 2026 21:35
66
Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda keçiriləcək

Bakıdakı Fəvvarələr Meydanı 18–19 iyul tarixlərində FIBA 3x3 Qadınlar Seriyasına ev sahibliyi edəcək.

İdman.Biz bildirir ki, Azərbaycan millisi və “Neftçi SOCAR” doğma meydanda çıxış edəcəklər.

İştirakçıların tərkibi belədir:

“Neftçi SOCAR”, “Rapid Buxarest” (Rumıniya), “Ulaanbaatar Amazons” (Monqolustan), İspaniya, Çili, Avstriya, Latviya, Litva, Çexiya, “Praqa” (Çexiya), Slovakiya, Azərbaycan, Sinqapur, Braziliya, “Kampala” (Uqanda) və Benin.

İdman.Biz