U-20 basketbol millimiz İrlandiya ilə qarşılaşacaq

14 İyul 2026 11:22
72
U-20 basketbol millimiz İrlandiya ilə qarşılaşacaq

Bu gün Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi FIBA U-20 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız üçüncü tur çərçivəsində İrlandiya seçməsi ilə qarşılaşacaq.

Bratislavadakı “GOPASS Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda İsveçə 58:85 hesabı ilə uduzub. Komandamız ikinci turda isə Slovakiya ilə üz-üzə gəlib və rəqibini 72:66 hesabı ilə məğlub edib.

İdman.Biz