Türkiyənin U-20 basketbol millisi Avropa çempionatında İtaliyaya məğlub olub - YENİLƏNİB

14 İyul 2026 01:51
849
Türkiyənin U-20 basketbol millisi Avropa çempionatında İtaliyaya məğlub olub

Kişi basketbolçulardan ibarət Türkiyənin U-20 milli komandası FIBA 2026 Avropa çempionatında növbəti oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, A qrupunda yer alan “ay-ulduzlular” turnirdəki üçüncü oyunlarında İtaliya ilə rastlaşıblar.

Matç 71:67 hesabı ilə İtaliyanın xeyrinə qurtarıb.

Məğlubiyyətə baxmayaraq, Türkiyə millisi pley-off mərhələsinə adlayıb və burada Litva komandası ilə qarşılaşacaq. Oyun iyulun 15-də olacaq.

12:14

Kişi basketbolçulardan ibarət Türkiyənin U-20 milli komandası FIBA 2026 Avropa çempionatında ilk qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, A qrupunda yer alan “ay-ulduzlular” turnirdəki ikinci oyunlarında Almaniya yığması ilə qarşılaşıb.

Gərgin keçən mübarizədə rəqibini 83:76 hesabı ilə üstələməyi bacaran Türkiyə seçməsi çempionatda ilk qələbə sevincini yaşayıb.

Türkiyənin ən məhsuldar oyunçuları 19 xalla oynayan Salih Altuntaş və 18 xalla mübarizə aparan Ömer Kutluay olub.

Qeyd edək ki, “ay-ulduzlular” turnirdə A qrupunda İtaliya, Almaniya və Fransa yığmaları ilə mübarizə aparır.

Onlar qrupun son oyununda, bu gün İtaliya millisi ilə qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz
Məqalədə: