Gənc basketbol hakimləri üçün təlim-seminar keçirilib - FOTO

14 İyul 2026 15:10
61
Gənc basketbol hakimləri üçün təlim-seminar keçirilib - FOTO

Azərbaycanın gənc basketbol hakimləri üçün iki günlük təlim-seminar təşkil olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası (ABF) məlumat yayıb.

Bildirilib ki, seminar ABF Hakimlər Kollegiyasının sədri, FIBA-nın milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.

Seminarda ümumilikdə 22 nəfər iştirak edib. Onlardan 15-i hakimliyə yeni başlayan gənclər olub.

Təlim çərçivəsində basketbol qaydaları və ikili hakimlik mexanikası ilə bağlı mövzular müzakirə edilib, həmçinin iştirakçılar fiziki testdən keçiblər.

Seminarın əsas məqsədi qarşıdakı mövsümlərdə Uşaq Gənclər Basketbol Liqasına daha çox gənc hakimin cəlb olunmasıdır.

Sentyabrda keçiriləcək mövsümöncəsi seminarda testləri uğurla keçən gənc hakimlər Uşaq Gənclər Basketbol Liqasının oyunlarına təyinat almaq imkanı qazanacaqlar.

İdman.Biz