Lebron Ceymsin onu transfer etməkdə maraqlı olan komandalarla necə ünsiyyət qurduğunun təfərrüatları açıqlanıb.
İdman.Biz bu barədə ESPN-in insayderi Brayan Vindhorsta istinadən bildirir.
Jurnalistin sözlərinə görə, 41 yaşlı hücumçu birbaşa klub sahibləri və baş məşqçiləri ilə əlaqə saxlamır, lakin həmin komandalardakı oyunçularla ünsiyyət qurmağa üstünlük verir.
“Ötən həftə mətbuat konfransı keçirildi və orada bir çox komanda sahibləri öz aralarında söhbət edirdilər. Lebronu transfer etmək istəyən bəzi sahiblər bir-birindən soruşurdular: “Bir şey eşitmisiz? Yox. Bəs siz? Yox”. Bu arada, Lebron həmin komandalardakı oyunçularla ünsiyyət qurur və onlar daha sonra baş menecerlərinə və ya məşqçilərinə “Hey, Lebron mənə zəng etmişdi” deyə məlumat verirlər”, - deyə Vindhorst bildirib.
