U20 oğlanlardan ibarət basketbol millimiz FIBA U20 Avropa Çempionatının B divizionunda üçüncü oyununu keçirib.
İdman.Biz bildirir ki, İrlandiya ilə qarşılaşma 54:47 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Oyunun gedişində yaranan 21 xallıq fərqi 7 xala qədər azaldan millimiz sonadək mübarizə aparıb və son hissəni 16:7 üstün tamamlayıb.
Milli növbəti oyununu Şimali İrlandiyaya qarşı iyulun 15-də keçirəcək.
