Ağ Ev Malvin adaları pankartına görə Argentina oyunçularını dəstəkləyir

19 İyul 2026 15:09
362
Ağ Ev Malvin adaları pankartına görə Argentina oyunçularını dəstəkləyir

Argentina millisinin futbolçularının DÇ-2026-nın yarımfinalından sonra nümayiş etdirdikləri “Las Malvinas son Argentinas” yazılı pankartla bağlı müzakirələr davam edir.

İdman.Biz xəbər verir ki, Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub etdikdən sonra bəzi futbolçular “Malvin adaları Argentinaya məxsusdur” mənasını verən pankart açıblar. Bu addım Böyük Britaniyada narazılıq yaradıb və FIFA-dan hadisənin araşdırılması tələb olunub.

FIFA-nın stadionlarda siyasi məzmunlu bayraq, pankart və digər atributların nümayişini qadağan edən qaydaları mövcuddur. Ali futbol qurumu hadisə ilə bağlı matç hesabatlarını və digər materialları intizam komitəsi vasitəsilə qiymətləndirir.

Ağ Ev nümayəndəsi isə Argentina futbolçularının ABŞ ərazisində fikir ifadə etmək hüququnu müdafiə edib. Lakin FIFA və ya Ağ Evin həmin pankartın finaldan sonra yenidən nümayişinə rəsmi icazə verdiyinə dair məlumat yoxdur.

Qeyd edək ki, Argentina DÇ-2026-nın finalında bu gün İspaniya ilə qarşılaşacaq.

İdman.Biz