Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın İspaniya ilə finalında yeni rekorda imza atacaq.
İdman.Biz xəbər verir ki, 39 yaşlı hücumçu qarşılaşmaya start heyətində başlayacağı təqdirdə üç dünya çempionatının finalında ilk dəqiqələrdən meydana çıxan ilk futbolçu olacaq. Messi daha əvvəl 2014 və 2022-ci illərdə keçirilən həlledici görüşlərdə də əsas heyətdə yer alıb.
Argentinalı ulduz eyni zamanda üç dünya çempionatı finalında meydana çıxan ikinci futbolçu olacaq. Bu göstəriciyə daha əvvəl yalnız Braziliya millisinin sabiq müdafiəçisi Kafu nail olub. O, 1994, 1998 və 2002-ci illərin finalında iştirak edib. Lakin Kafu 1994-cü ildəki həlledici görüşə ehtiyat oyunçular skamyasında başlayıb və sonradan meydana daxil olub.
Messi həm də milli komandanı üç dünya çempionatı finalında kapitan kimi meydana çıxaran ilk futbolçu kimi tarixə düşəcək.
