İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatını qazanan ikinci ispaniyalı mütəxəssis kimi tarixə düşüb.
İdman.Biz xəbər verir ki, DÇ-2026-nın finalında onun rəhbərlik etdiyi komanda Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Buna qədər dünya çempionatını qazanan yeganə ispaniyalı baş məşqçi Visente del Boske idi.
O, 2010-cu ildə İspaniya millisini mundialın qalibi etmişdi. Həmin vaxt finalda Niderland yığması 1:0 hesabı ilə məğlub edilmiş, yeganə qolu isə oyunun 116-cı dəqiqəsində Andres İnyesta vurmuşdu.
