FİFA DÇ-2026-nın finalından sonrakı davanı araşdırmaq üçün komissiya yaradıb

21 İyul 2026 01:06
566
FİFA DÇ-2026-nın finalından sonrakı davanı araşdırmaq üçün komissiya yaradıb

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2026-cı il dünya çempionatının finalından sonra Argentina və İspaniya oyunçuları arasında baş verən dava ilə bağlı mümkün pozuntuları araşdırmaq üçün intizam və etika komissiyası yaradıb.

İdman.Biz bu barədə jurnalist Rob Harrisə istinadən məlumat verir. Cənubi Amerikalılar finalda İspaniyaya məğlub olublar (0:1).

Final fitindən sonra meydanda dava baş veriи. Argentina müdafiəçisi Nauel Molina yanından keçən İspaniyanın kapitanı Rodrini sinəsindən vurub. İkisi arasında mübahisə yaranıb və argentinalı yarımmüdafiəçi Leandro Paredes də daxil olmaqla digər oyunçular da buna qoşulublar. Paredes əvvəlcə aqressiv şəkildə İspaniyanın müdafiəçisi Erik Qarsiyanı boynundan tutub və sonra komanda yoldaşını müdafiə etməyə çalışan yarımmüdafiəçi Qaviyə hücum edib.

Bundan əlavə, Argentinanın məşqçisi Roberto Ayala final fitindən sonra İspaniya yarımmüdafiəçisi Daniel Olmo ilə mübahisə edib və sonra onu üzündən vurub.

İdman.Biz