"Barselona" və İspaniya milli komandasının yarımmüdafiəçisi Pedro Qonsales Lopes (Pedri) qazandığı hər kubokdan sonra uzun illərdir davam etdirdiyi xüsusi ənənəsi ilə diqqət çəkir.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu hər tituldan sonra atası Fernando Qonsales ilə simvolik penalti duelinə çıxır. Pedri atasına penalti zərbəsi vurur, Fernando isə qapını qoruyur.
Bu ənənənin arxasında isə təsirli bir ailə hekayəsi dayanır. Fernando Qonsales gənclik illərində yerli komandalardan birində qapıçı kimi çıxış etsə də, atası Xuan Qonsalesin vəfatından sonra futbol karyerasını yarımçıq başa vurub.
Pedri isə həm babası Xuan Qonsalesin xatirəsini yaşatmaq, həm də atasının həyata keçməyən futbol arzusuna ehtiramını ifadə etmək üçün qazandığı hər kubokdan sonra bu ənənəni davam etdirir.
2026-cı il dünya çempionatında İspaniya millisinin çempionluğundan sonra da ənənə pozulmayıb. Pedri növbəti dəfə atası Fernando Qonsalesə qarşı simvolik penalti yerinə yetirib. Həmin anların görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Futbolsevərlər Pedrinin bu jestini ailə dəyərlərinə bağlılığın və atasına olan hörmətin ən gözəl nümunələrindən biri kimi qiymətləndiriblər.
