Futbol üzrə DÇ-2026-nın final oyununda Argentina millisinin məğlub olmasının ardınca paytaxt Buenos-Ayresdə kütləvi iğtişaşlar qeydə alınıb.
İdman.Biz xəbər verir ki, komandaya dəstək olmaq məqsədilə küçələrə çıxan minlərlə azarkeş komandanın finalda məğlubiyyətini həzm etməyərək iğtişaşlar törədiblər.
Bir qrup fantla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olub.
Baş vermiş iğtişaşlar nəticəsində 15 nəfər saxlanıldığı bildirilir.
Xatırladaq ki, Argentina yığması DÇ-2026-nın finalında İspaniyaya 0:1 hesabı ilə uduzub.
