Emin Mahmudov avrokuboklarda yubiley qolunu vurdu

23 İyul 2026 11:24
104
Emin Mahmudov avrokuboklarda yubiley qolunu vurdu

Emin Mahmudov Azərbaycanın “Neftçi” futbol klubunun heyətində avrokuboklarda 10-cu qolunu vurub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Yarımmüdafiəçinin yubiley topu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) ilə ilk görüşünə təsadüf edib.

Emin “ağ-qaralar”ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub. O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran altıncı futbolçu olub.

Qeyd edək ki, Mahmudov “Neftçi”nin qitə klub turnirlərində ən məhsuldar oyunçusudur.

İdman.Biz