“Oyuna yaxşı başlamışdıq. Hətta iki top fərqi ilə irəlidə idik”.
Bu sözləri “Neftçi”nin futbolçusu Qustavo Klisman deyib.
Yarımmüdafiəçi Bakıda Xorvatiyanın “Dinamo” (Minsk) klubuna 2:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşüb.
“Sonra nə baş verdisə, özümüz də başa düşə bilmədik. Bəlkə də ilk rəsmi matç olduğuna görə belədir. Fərdi səhvlər etdik. Sonra bu nəticə oldu”, - deyə o sport.24.az-a açıqlamasında deyib.
Klisman qapıya endirdiyi zərbənin dirəkdən qayıtmasını da xatırladıb:
“O, qol olsaydı, nəticə başqa cür ola bilərdi. Çoxlu qol epizodlarımız oldu. Amma onlardan yararlana bilmədik. Hələ də şansımız var. Üzərimizdə işləyəcəyik. Səfərə yalnız qələbə qazanmaq üçün gedəcəyik”.
Braziliyalı futbolçu oyundan əvvəl də III təsnifat mərhələsində potensial rəqibi düşünmədiklərini bildirib:
“Hər matça məsuliyyətlə yanaşmaq lazımdır. Azarkeşlərə təşəkkür edirəm. İlk dəqiqədən sonadək bizə dəstək oldular. Onların qarşılığını meydanda verə bilmədik. Buna görə “Neftçi” azarkeşlərindən üzr istəyirik. Bu, istədiyimiz nəticə deyil”.
