“Barselona” futbol klubu ənənəvi Joan Qamper Kuboku uğrunda keçiriləcək oyunda Misirin “Əl-Əhli” klubu ilə qarşılaşacaq.
İdman.biz xəbər verir ki, Kataloniya təmsilçisi matçın 19 avqust tarixində keçiriləcəyini rəsmən açıqlayıb.
Görüş yerli vaxtla saat 20:00-da yenidən istifadəyə veriləcək “Spotify Camp Nou” stadionunda baş tutacaq.
Bu, Joan Qamper Kubokunun 61-ci buraxılışı olacaq. “Əl-Əhli” turnirin tarixində iştirak edən ilk Misir və ilk Afrika klubu kimi tarixə düşəcək.
Komandalar indiyədək iki dəfə qarşılaşıblar. İlk görüş 1961-ci ildə yoldaşlıq oyunu çərçivəsində keçirilib. Tərəflər ikinci dəfə isə 2007-ci ildə “Barselona”nın 100 illik yubileyinə həsr olunmuş matçda üz-üzə gəliblər.
Qeyd edək ki, Joan Qamper Kuboku hər il yeni mövsüm ərəfəsində təşkil olunur. “Barselona” bu oyun vasitəsilə yeni transferlərini və komandasını doğma azarkeşlərinə təqdim edir.
