Xusanov “Mançester Siti” ilə müqaviləsini uzatdı

25 İyul 2026 15:49
85
Xusanov “Mançester Siti” ilə müqaviləsini uzatdı

Özbəkistan millisinin üzvü Abduqodir Xusanovun “Mançester Siti”dəki gələcəyinə aydınlıq gəlib.

İdman.Biz xəbər verir ki, Premyer Liqa təmsilçisi 21 yaşlı müdafiəçi ilə müqavilənin müddətini uzadıb. Yeni razılaşmaya əsasən, Xusanov 2031-ci ilin yayına qədər “Mançester Siti”nin formasını geyinəcək.

Klub futbolçunun yeni müqaviləsini rəsmi olaraq açıqlayıb. Xusanov cari ilin əvvəlində Fransanın “Lans” klubundan “Mançester Siti”yə transfer olunmuşdu və qısa müddətdə komandanın əsas heyət üzvlərindən birinə çevrilib.

İdman.Biz