Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “CSKA Sofia” - “Qarabağ” cavab oyunu üçün biletlər saat 17:00-dan etibarən satışa çıxarılacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, biletləri iTicket.az vasitəsilə onlayn şəkildə almaq mümkün olacaq. Bir biletin qiyməti 28 AZN təşkil edir.
Sofiyadakı “Vasil Levski” arenasında “Qarabağ” azarkeşləri üçün 800 yer ayrılıb.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da Sofiyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
