Kabo-Verde millisinin qapıçısı Vozinya karyerasını Çilinin “Kolo-Kolo” klubunda davam etdirəcək.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 18 aylıq müqavilə ilə bağlı razılığa gəliblər.
40 yaşlı qapıçı yaxın günlərdə Santyaqoya yollanacaq, tibbi müayinədən keçəcək və rəsmi olaraq komandanın futbolçusu kimi təqdim olunacaq.
Transferi klubu idarə edən Blanco y Negro şirkətinin prezidenti Anibal Mosa təsdiqləyib. "Kolo-Kolo"nun rəhbərliyi və məşqçilər korpusu uruqvaylı qapıçı Santyaqo Meleni transfer edə bilmədikdən sonra Vozinyanın namizədliyini dəstəkləyib.
Vozinya Çili klubuna azad agent kimi qoşulacaq. Onun son komandası mövsümün sonunda ayrıldığı Portuqaliyanın "Şaveş" klubu olub.
Xatlrladaq ki, Vozinya 2026-cı il dünya çempionatındakı çıxışı ilə geniş tanınıb. Təcrübəli qapıçı Kabo-Verde millisinin gələcək dünya çempionu İspaniya ilə qolsuz heç-heçə etməsində mühüm rol oynayıb, 1/16 finalda isə komandası yalnız əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olub.
Turnirin yekununda Vozinya ESPN-in versiyasına görə DÇ-2026-nın rəmzi komandasına daxil edilib. O, həmçinin azarkeşlər arasında keçirilən səsvermədə turnirin ən yaxşı qapıçısı seçilərək “Qızıl əlcək” mükafatının sahibi Unai Simonu qabaqlayıb.
