Artıq xəbər verdiyimiz kimi Niderland milli komandasının sabiq futbolçu Mark van Bommel Belçika millisinin baş məşqçisi vəzifəsinə təyin edilib.
İdman.Biz xəbər verir ki, mütəxəssis təyinatından sonra Belçika Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlama verib.
“Bu vəzifəyə təyin olunmaq mənim üçün böyük şərəfdir. Etimada görə ölkənin futbol assosiasiyasına təşəkkür edirəm. Komandamızda çox yaxşı futbolçular var və böyük potensiala sahibik. Köməkçilərimlə birlikdə ən güclü millilərlə mübarizə apara biləcək kollektiv formalaşdırmaq istəyirik. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq. İşə başlamağı səbirsizliklə gözləyirəm”, – deyə Van Bommel bildirib.
Van Bommel Belçika millisi ilə ikiillik müqavilə imzalayıb.
