Van Bommel Belçika millisinin yeni baş məşqçisidir

24 İyul 2026 19:13
83
Van Bommel Belçika millisinin yeni baş məşqçisidir

Niderlandlı mütəxəssis Mark van Bommel Belçika millisinin yeni baş məşqçisi olub.

İdman.Biz xəbər verir ki, bu barədə Belçika Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Müqavilə iki illikdir və Avro 2028-ci ilə qədər qüvvədədir. Van Bommelin məşqçilər heyətinə Budeveyn Zenden, Maarten Martens və Reynir Robbemond daxildir. Zenden "Çelsi" və "Liverpul"da oynayıb və yeni Belçika məşqçisinin Niderland millisində komanda yoldaşı olub.

Hazırkı baş məşqçi Erik Qarsiya müqaviləsi 31 iyulda başa çatdıqda vəzifəsindən ayrılacaq.

İdman.Biz