Qvardiola imtina etsə, Pirlo İtaliyanın baş məşqçisi ola bilər

24 İyul 2026 18:43
94
Qvardiola imtina etsə, Pirlo İtaliyanın baş məşqçisi ola bilər

İtaliyalı mütəxəssis Andrea Pirlo yaxın zamanda ölkəsinin millisinə baş məşqçi təyin oluna bilər.

İdman.Biz bildirir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Məlumata görə, Xosep Qvardiolanın təklifdən imtina etməsindən sonra 2006-cı ilin dünya çempionu olan Pirlo İtaliya millisinin baş məşqçi vəzifəsinə əsas namizəd hesab olunur. Gözlənilməz dəyişiklik baş verməsə, o, “Skuadra Adzurra”ya rəhbərlik edəcək.

Bildirilib ki, tərəflər müddəti 2030-cu ilədək nəzərdə tutulan müqavilə ilə bağlı razılığa gəliblər. Mütəxəssisin illik maaşının 1,5 milyon avro olacağı qeyd edilir.

İtaliya Futbol Federasiyasının yaxın günlərdə təyinatla bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Daha əvvəl Karlo Ançelottinin bu vəzifədən imtina etdiyi bildirilmişdi.

İdman.Biz