Kan İn Li “Atletiko Madrid”ə transfer olundu

25 İyul 2026 16:35
100
Kan İn Li “Atletiko Madrid”ə transfer olundu

PSJ futbol klubunun heyətində uğurlu dövr keçirən Kan İn Li karyerasını İspaniyada davam etdirəcək.

İdman.Biz xəbər verir ki, Cənubi Koreya millisinin üzvü daimi transfer əsasında “Atletiko Madrid”ə keçib.

Paris təmsilçisi futbolçunun komandadan ayrıldığını rəsmi şəkildə açıqlayıb.

Klubun yaydığı bəyanatda Kan İn Linin PSJ tarixinin ən uğurlu dövründə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. Fransa təmsilçisi futbolçuya “Atletiko Madrid”də və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Kan İn Li 2023-cü ildə “Malyorka”dan PSJ-yə transfer olunmuşdu. O, Paris klubunun heyətində üç mövsüm ərzində ölkə çempionluğu və digər titullar qazanıb.

İdman.Biz
Məqalədə: