Cannluici Donnarumma özünə dəbdəbəli toy edib - VİDEO

25 İyul 2026 17:50
83
Cannluici Donnarumma özünə dəbdəbəli toy edib - VİDEO

“Mançester Siti”nin və İtaliya millisinin 27 yaşlı məşhur qapıçısı Cannluici Donnarumma ilə 29 yaşlı sevgilisi Alessiya Elefante dəbdəbəli toy mərasimi keçiriblər.

İdman.Biz xəbər verir ki, may ayında rəsmi nikaha daxil olan cütlük bu dəfə dini kəbin kəsdirərək 250 nəfərlik qonaq siyahısı ilə təmtəraqlı toy edib.

Dini mərasim İtaliyanın Bari əyalətində yerləşən, 14 min əhalisi olan Lokorotondo şəhərciyindəki San-Cordo Martire kilsəsində baş tutub.

Qonaqlar arasında qolkiperin “Mançester Siti”dəki ulduz komanda yoldaşları Erlinq Holand və Mateo Kovaçiç (həyat yoldaşları ilə birlikdə), İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini və milli komandanın futbolçusu Nikola Barella da yer alıb.

İdman.Biz
Məqalədə: