“Zirə”nin yetirməsi “Xankəndi”yə keçdi

25 İyul 2026 17:45
79
“Zirə”nin yetirməsi “Xankəndi”yə keçdi

“Zirə” futbol klubunun yetirməsi Ramil Abdullayev karyerasını Birinci Liqa təmsilçisi “Xankəndi”də davam etdirəcək.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin yeni kluba keçidi rəsmiləşdirib.

Onunla müqavilənin müddəti bir mövsüm üçün nəzərə tutulub.

Qeyd edək ki, Abdullayev ötən “futbol ili”ndə “Şahdağ Qusar”ın formasını geyinib.

İdman.Biz