“Xankəndi” Asif Məmmədovla müqaviləni yenilədi

25 İyul 2026 16:11
93
“Xankəndi” Asif Məmmədovla müqaviləni yenilədi

“Xankəndi” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, bu barədə “Xankəndi” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, komanda yarımmüdafiəçi Asif Məmmədovla yeni müqavilə imzalayıb.

Razılaşmaya əsasən, təcrübəli futbolçu daha bir il “Xankəndi”nin uğurları üçün mübarizə aparacaq.

İdman.Biz