“Səbail” futbol klubunda ayrılıq yaşanıb.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, klubun Futbol Akademiyasının direktoru Mirbağır İsayev postundan ayrılıb.
Onunla anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
O, bundan sonra yalnız UEFA-nın Elit Məşq Layihəsinin rəhbəri çalışacaq.
Qeyd edək ki, İsayev bu ilin martından AFFA-da Elit Məşq Layihəsinə rəhbər təyin olunub.
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi “Səbail”də iki dəfə akademiyaya rəhbərlik edib, həmçinin əvəzedici komandada və aşağı yaşlılardan ibarət kollektivlərin baş məşqçisi olub.
