Birinci Liqa: “Xankəndi” bu gün “Karvan-Yevlax”ı qəbul edəcək

19 Noyabr 2026 09:29
54
Birinci Liqa: “Xankəndi” bu gün “Karvan-Yevlax”ı qəbul edəcək

Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol matçı baş tutacaq.

İdman.Biz xəbər verir ki, Birinci Liqanın səkkizinci turu çərçivəsində “Xankəndi” komandası doğma meydanda “Karvan-Yevlax”ı qəbul edəcək.

Qarşılaşma saat 16:00-da başlayacaq və baş hakim Kamranbəy Rəhimovun idarəçiliyi ilə keçiriləcək.

Turnir cədvəlində Yevlax təmsilçisi 13 xalla dördüncü, “Xankəndi” isə altı xalla yeddinci pillədə qərarlaşıb.

16:00 “Xankəndi” - “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Xankəndi şəhər stadionu

Qeyd edək ki, tur noyabrın 20-də yekunlaşacaq.

İdman.Biz