Qurban Qurbanovun yanında təcrübə keçən məşqçi “Qarabağ”ı məğlub etdi - FOTO

18 Noyabr 2026 20:05
85
Qurban Qurbanovun yanında təcrübə keçən məşqçi “Qarabağ”ı məğlub etdi

Bakıda “Qarabağ”ın U-21 və Qazaxıstanın AKAS klubunun U-19 komandaları arasında yoldaşlıq oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qazaxıstan təmsilçisinin heyətində Sultan Abdimanap, Eldar Azimbek və Alixan Arziyev fərqləniblər.

Maraqlıdır ki, AKAS-ın baş məşqçisi Dovran Kencaxunov 2026-cı ilin martında Qurban Qurbanovun dəvəti ilə “Qarabağ”da bir aylıq təcrübə keçib.

Qazaxıstanlı mütəxəssis həmin müddətdə Ağdam klubunun məşqçilər korpusunun fəaliyyəti ilə tanış olub, əsas komandanın məşqlərini, nəzəri məşğələləri və oyunların təhlilini izləyib. O, həmçinin futbolçuların fiziki hazırlığı və bərpası ilə bağlı klubun iş prinsiplərini öyrənib.

Beləliklə, Kenjaxunov bu dəfə Bakıya “Qarabağ”ın rəqibi kimi gəlib və komandası ilə qələbə qazanıb.

İdman.Biz