İlin ən yaxşı yarımmüdafiəçisi adına 14 namizəd açıqlandı

18 Noyabr 2026 20:12
72
İlin ən yaxşı yarımmüdafiəçisi adına 14 namizəd açıqlandı

“Globe Soccer Awards” təşkilatçıları 2026-cı ilin ən yaxşı yarımmüdafiəçisi mükafatına namizədlərin adlarını açıqlayıblar.

İdman.Biz xəbər verir ki, mükafat uğrunda 14 futbolçu mübarizə aparacaq.

Namizədlərin siyahısı belədir:

Joau Neveş (PSJ)

Fabian Ruis (PSJ)

Vitinya (PSJ)

Cud Bellinqem (“Real Madrid”)

Federiko Valverde (“Real Madrid”)

Rayan Şerki (“Mançester Siti”)

Rodri (“Barselona”)

Pedri (“Barselona”)

Martin Edeqor (“Arsenal”)

Deklan Rays (“Arsenal”)

Bruno Fernandeş (“Mançester Yunayted”)

Enso Fernandes (“Çelsi”)

Niko Pas (“Komo”)

Dominik Soboslai (“Liverpul”)

Siyahıda PSJ üç futbolçu ilə təmsil olunur. “Real Madrid”, “Barselona” və “Arsenal”ın isə hərəsinin iki namizədi var.

Qeyd edək ki, “Globe Soccer Awards” mükafatlarının təqdimetmə mərasimi dekabrın 28-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. İctimai səsvermənin ilk mərhələsi noyabrın 30-dək davam edəcək.

İdman.Biz