Qadın güləşçimiz Nəzrin Əhmədli Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk matçını keçirib.
İdman.Biz xəbər verir ki, 49 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda almaniya təmsilçisi Mədinə Bayramovaya sonuncu xal prinsipinə əsasən uduzub - 1:1.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
11:56
Qadın güləşçimiz Vəfa Orucova Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşünə çıxıb.
İdman.Biz xəbər verir ki, 43 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rumıniyalı Valiya Corciana Harsana 2:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
11:38
Qadın güləşçimiz Rəna Nuriyeva Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatında ilk görüşünü keçirib.
İdman.Biz xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində meksikalı Silviya Belinda Espinosa Munisa 5:8 hesabı ilə uduzub.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
11:22
Qadın güləşçimiz Qaratel Quliyeva Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşünü keçirib.
İdman.Biz xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində isveçrəli Delya Qislerə 2:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
10:08
Bu gün Bakıda keçirilən U-17 dünya çempionatında qadın güləşi üzrə mübarizəyə start veriləcək.
İdman.Biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın dörd təmsilçisi xalça üzərinə çıxacaq.
43 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Vəfa Orucova 1/8 finalda rumıniyalı Valia Harsanla, 49 kq-da isə Nəzrin Əhmədli almaniyalı Madina Bayramova ilə qarşılaşacaq.
57 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Qaratel Quliyeva təsnifat mərhələsində isveçrəli Delya Qisler, 65 kq-da isə Rəna Nuriyeva meksikalı Silviya Espinoza Munizla üz-üzə gələcək.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
