Azərbaycanın yunan-Roma güləşçisi Zöhrab Səfərov Bakıda keçirilən U-17 dünya çempionatında növbəti görüşünü keçirib.
İdman.Biz xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan idmançı təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiyə 3:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
10:39
Bu gün Azərbaycanın dörd yunan-Roma güləşçisi Bakıda keçirilən U-17 dünya çempionatında medallar uğrunda görüşlərə çıxacaqlar.
İdman.Biz xəbər verir ki, Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla qarşılaşacaq.
Abdurrahman Hüseynli (51 kq) də həlledici görüşdə çıxış edəcək. Onun finaldakı rəqibi Bunyod Hasanov (Özbəkistan) olacaq.
Ötən gün yarımfinalda uduzan Elmir Çərkəzov (60 kq) bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Zöhrab Səfərov (92 kq) də fəxri kürsünün üçüncü pilləsində yer almaq şansına malikdir. O, əvvəlcə təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiylə üz-üzə gələcək.
Azərbaycan yunan-Roma güləşçiləri indiyədək üç medal qazanıblar. Ötən gün İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
