Azərbaycan Güləş Federasiyası uşaqlar üçün idman və əyləncə festivalı təşkil edəcək.
İdman.Biz xəbər verir ki, tədbir bu gün Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında baş tutacaq.
Festival saat 17:30-dan 20:00-dək davam edəcək. Tədbirdə uşaqlar üçün idman fəaliyyəti ilə yanaşı, müxtəlif əyləncə proqramları da nəzərdə tutulub.
İştirakçıları DJ performansı, “face art”, sual-cavab müsabiqəsi və başqa maraqlı əyləncələr gözləyir.
