Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasında növbəti oyununu keçirib.
İdman.Biz bildirir ki, millimiz İspaniyada keçirilən matçda Şimali Makedoniya ilə qarşılaşıb.
Matç 3:0 (25:13, 25:15, 25:18) hesabı ilə yığmamızın xeyrinə qurtarıb.
22:09
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasında növbəti oyununu keçirib.
İdman.Biz xəbər verir ki, yığmamız Rumıniyada təşkil olunan ikinci turun son matçında İspaniya millisi ilə üz-üzə gəlib. Komandamız bu görüşdə 0:3 (17:25, 16:25, 20:25) hesabı ilə məğlub olub.
Beləliklə, milli komandamız Avropa Liqasının ikinci turunu başa vurub. Bu mərhələdə yığmamız Rumıniya və İspaniya milliləri ilə qarşılaşıb. Hər iki oyun rəqiblərin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, üçüncü turun oyunları 19-21 iyun tarixlərində Bakıda keçiriləcək. Bu mərhələdə komandamızın rəqibləri Macarıstan və Portuqaliya yığmaları olacaq.
10:38
Bu gün Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milliləri Gümüş Avropa Liqasında növbəti matçlarını keçirəcəklər.
İdman.Biz xəbər verir ki, qadınlardan ibarət komanda Şimali Makedoniya ilə qarşılaşacaq.
İspaniyada təşkil olunacaq görüş Bakı vaxtı saat 20:30-da start götürəcək. Azərbaycan millisi üç xalla 11-ci, hazırda xalı olmayan Şimali Makedoniya 23-cü pillədə qərarlaşıb.
Kişilərdən ibarət kollektiv isə İspaniya seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. Rumıniyadakı oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İspanlar altı xalla səkkizinci, əvvəlki matçlarda uduzan Azərbaycan yığması 24-cü yerdədir.
