“Murov Az Terminal” voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi xorvatiyalı toppaylayıcı Tamara Popiçin transferini açıqlayıb.
2000-ci il təvəllüdlü Popiçin boyu 178 sm-dir və toppaylayıcı mövqeyində çıxış edir. O, karyerası ərzində Xorvatiyanın müxtəlif klublarında, həmçinin ölkə xaricində forma geyinib.
Popiç Xorvatiyanın aşağı yaş qrupları üzrə milli komandalarının da üzvü olub. O, 2017-ci ildə U-18, 2018-ci ildə isə U-19 Avropa çempionatlarında ölkəsini təmsil edib.
