DÇ-2026: Qətər - İsveçrə oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB + VİDEO

14 İyun 2026 01:06
1 445
DÇ-2026: Qətər - İsveçrə oyununda qalib müəyyənləşmədi

Qətər - İsveçrə oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyunda qalib müəyyən olunmayıb - 1:1.

Bu qrupun digər iki təmsilçisi Kanada ilə Bosniya və Herseqovina arasındakı oyun da eyni hesabla bitmişdi.

01:02

Qətər - İsveçrə oyununda hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 90+5-ci dəqiqədə Bualem Xusi bərabərlik qolunu vurub.

00:12

Qətər - İsveçrə oyununda ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, ilk yarıdan sonra Avropa təmsilçiləri irəlidədirlər - 1:0.

23:56

Qətər - İsveçrə oyununda ilk hissə bitib.

İdman.Biz bildirir ki, ilk yarıdan sonra Avropa təmsilçiləri irəlidədirlər - 1:0.

23:22

Qətər - İsveçrə oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 17-ci dəqiqədə Bril Embolo penaltidən Avropa təmsilçisini irəli çıxarıb. Bu, hazırkı dünya çempionatında ilk penaltidir.

23:04

Futbol üzrə dünya çempionatında B qrupunda mübarizə aparan Qətər və İsveçrə yığmaları qarşılaşırlar.

İdman.Biz bildirir ki, matç Santa Klara şəhərindəki “Levays” stadionunda keçirilir.

09:57

Futbol üzrə DÇ-2026-nın üçüncü günü azarkeşləri maraqlı qarşılaşmalar gözləyir.

İdman.Biz xəbər verir ki, günün ilk dueli B qrupunda mübarizə aparan Qətər və İsveçrə yığmaları arasında qeydə alınacaq.

Santa Klara şəhərindəki “Levays” stadionunda keçiriləcək matçın startı iyunun 13-də, Bakı vaxtı ilə saat 23:00-ra təsadüf edəcək.

Növbəti qarşılaşmalar isə iyunun 13-dən 14-nə keçən gecə və səhər saatlarında baş tutacaq.

Belə ki, C qrupunda təşkil olunacaq Braziliya - Mərakeş oyunu gecə saat 02:00-da, Haiti - Şotlandiya matçı isə 05:00-da başlayacaq.

D qrupunun ilk matçı kimi diqqət çəkən Avstraliya - Türkiyə qarşılaşması isə Bakı vaxtı ilə səhər saat 08:00-da start götürəcək.

Dünya çempionatı
Birinci tur
13 iyun
B qrupu

23:00. Qətər - İsveçrə

14 iyun
C qrupu

02:00. Braziliya - Mərakeş
05:00. Haiti - Şotlandiya

D qrupu
08:00. Avstraliya - Türkiyə

İdman.Biz