Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə Niderlandın Rotterdam şəhərində təşkil olunacaq “GLORY” turnirində qüvvəsini sınayıb.
İdman.Biz xəbər verir ki, 95 kq çəki dərəcəsində çıxış edən idmançı yarımağır çəkidə çempionluq kəməri uğrunda yarışın 1/4 final mərhələsində mərakeşli Məhəmməd Tuçasse ilə qarşılaşıb.
Rəcəbzadə 1/4 finalda mübarizəni dayandırıb. Tuçasse hakimlərin ortaq qərarı ilə (29:28) qalib gəlib.
12:43
Bu gün Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə Niderlandın Rotterdam şəhərində təşkil olunacaq “GLORY” turnirində mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, 95 kq çəki dərəcəsində çıxış edən idmançı “GLORY” təşkilatının yarımağır çəkidə çempionluq kəməri uğrunda keçirilən 8 nəfərlik Qran-prinin 1/4 final mərhələsində mərakeşli Məhəmməd Tuçasse ilə qarşılaşacaq.
73 qələbə və 65 nokautu ilə diqqət çəkən Bəhram Rəcəbzadə turnirin əsas favoritlərindən biri kimi göstərilir və çempionluq uğrunda iddialı döyüşçülər sırasında yer alır.
