Adil Əliyev kikboksçularla bir araya gəlib

4 İyun 2026 10:37
105
Adil Əliyev kikboksçularla bir araya gəlib

Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev federasiyanın "Həzrət" klubunun idmançılarını və məşqçi Elməddin Muradovu qəbul edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.

Bildirilir ki, görüş zamanı idmançılarla səmimi fikir mübadiləsi aparılıb, onların hazırlıq prosesi, əldə etdikləri nailiyyətlər və qarşıdan gələn yarışlarla bağlı planları müzakirə olunub. Adil Əliyev idmançılara gələcək yarışlarda uğurlar arzulayıb, onların yeni qələbələr qazanacaqlarına əminliyini ifadə edib və dəyərli tövsiyələrini bölüşüb.

Qeyd edək ki, səmimi və xoş atmosferdə keçən görüşün sonunda xatirə fotosu çəkdirilib.

İdman.Biz