Azərbaycan kikboksinq millisi Türkiyənin Antalya şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxışı ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, bütün yaş qrupları arasında təşkil olunan yarışda Azərbaycan 44 idmançı ilə təmsil olunub. Ümumilikdə 43 ölkədən 2353 idmançının mübarizə apardığı turnirdə yığmamız doqquz qızıl, on gümüş və 13 bürünc medal qazanıb.
Azərbaycan millisinin heyətində Fuad Zeynalov 94 kq çəki dərəcəsində iki versiyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, “Kick Light” və “Light Contact” üzrə qızıl medallara sahib olub.
Sabir Mirzəyev “Kick Light”da 52 kq, Həsən Məmmədov “Low Kick”də 42 kq, Aylin Hüseyzadə “Low Kick”də 44 kq, Mübariz Səmədov “Kick Light”da 69+ kq, Samir Əliyev “Low Kick”də 51 kq, Uğur Əliyev K1-də 71 kq, Əli Cabbarzadə “Low Kick”də 60 kq və Məhəmməd İmanov “Low Kick”də 60 kq qızıl medal qazanıblar.
Gümüş medallara Nuran Quluzadə “Kick Light”da 47 kq, Yusif Mirzəzadə “Low Kick”də 42 kq, Fərid Hümbətov “Kick Light”da 52 kq, Aydan Vəlizadə “Low Kick”də 48 kq, Tamerlan Məmmədli K1-də 81 kq, Əli Əsgərli “Light Contact”da 52 kq, Yusif Məmmədov “Low Kick”də 57 kq, Fərhad Tağızadə “Full Contact”da 54 kq, Vüsal Qurbanov “Low Kick”də 54 kq və Həsən Şəbəndiyev “Low Kick”də 91 kq layiq görülüblər.
Bürünc medal qazanan idmançılar isə Sənəm Məmmədli K1-də 44 kq, Raul Qarayev K1-də 57 kq, Məhəmməd Əliyev “Full Contact”da 54 kq, Əli Qarayev “Kick Light”da 69 kq, İdris İsmayılov “Low Kick”də 57 kq, Elçin Mürşüdov “Low Kick”də 60 kq, Nəzrin Qasımova K1-də 60 kq, Yusif Nəbiyev “Kick Light”da 47 kq, Turan Abdullazadə “Kick Light”da 47 kq, Amal Eyyubov “Low Kick”də 71 kq, Emil Tahirov “Kick Light”da 94 kq və Nuran Quluzadə “Light Contact”da 47 kq olub.
Turnirdə fərdi mükafat da Azərbaycan yığmasına qismət olub. Fuad Zeynalov Türkiyə Kikboksinq Federasiyasının prezidenti, eyni zamanda Dünya Kikboksinq Federasiyasının vitse-prezidenti Salim Kayıcı tərəfindən “Best Master” adına layiq görülüb.
