Tailandın paytaxtı Banqkok şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycan kikboksinqçiləri bəlli olub.
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Eduard Məmmədov AZƏRTAC-a bildirib ki, mötəbər yarışda ölkəmizi üç idmançı təmsil edəcək.
Bunlar Zöhrab Əzimov, Elvin Məmmədov və Qəşəm Məmmədovdur. Onlar müvafiq olaraq, aprelin 9, 10 və 11-də mübarizəyə qoşulacaqlar.
Dünya Kubokuna aprelin 12-də yekun vurulacaq.
