"Levent Bulut Fight Night – Nakhchivan" turnirinin çəkiölçmə mərasimi keçirilib - FOTO

5 Sentyabr 2026 18:58
56
"Levent Bulut Fight Night – Nakhchivan" turnirinin çəkiölçmə mərasimi keçirilib

Bu gün Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində (Naxçıvan OİK) "Levent Bulut Fight Night – Nakhchivan" turnirinin çəkiölçmə mərasimi təşkil olunub.

İdman.Biz xəbər verir, mərasim çərçivəsində döyüşçülər yarış öncəsi "Face to face" görüşlərində üz-üzə gəliblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, "Levent Bulut – Naxçıvan" Döyüş Klubunun təşkilatçılığı ilə baş tutacaq turnirdə 17 klubdan 144 idmançı iştirak edəcək. Yarışın döyüşləri sentyabrın 6-da Naxçıvan OİK-də keçiriləcək.

Turnirdə Azərbaycan və Türkiyənin müxtəlif klubları təmsil olunacaqlar. Uşaqları, yeniyetmələri, gəncləri və böyükləri əhatə edən turnirdə həm kişi, həm də qadın kateqoriyalarında döyüşlər keçiriləcək. Görüşlərin sonunda fərqlənən idmançılar mükafatlandırılacaqlar.

İdman.Biz